Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb

A- A A+

Ötən ay Azərbaycanda qeydə alınan mina partlayışlarının sayı açıqlanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub, iki mülki şəxs isə piyada əleyhinə mina partlaması nəticəsində yaralanıb. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Tərtər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: