NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin dəvətilə, bu ölkənin milli bayramı - Dövlətçilik Günü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak edib.