Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib - VİDEO

A- A A+

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.

Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: