Ukraynada sənədləri qaydasında olmayan vətəndaşlara qayıdış şəhadətnaməsi rüsumsuz rəsmiləşdiriləcək

A- A A+

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan təxliyə edilən vətəndaşlara qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsinə dair məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: