Nazir: Bu günədək Ukraynadan 9500 nəfərə yaxın Azərbaycan vətəndaşı təxliyə edilib

A- A A+

Bu günədək Ukraynadan 9500 nəfərə yaxın Azərbaycan vətəndaşı, o cümlədən qarışıq ailələr, qonşu ölkələrə təxliyə edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Bu gün səhərə olan məlumatlara görə, çarter reysləri vasitəsilə 1111 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı 150-ni ötüb”,- deyə nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: