Çavuşoğlu Azərbaycana səfərinin yekunları ilə bağlı paylaşım edib - VİDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tviter hesabında Azərbaycana martın 4 və 5-də baş tutan səfərinin yekunları ilə bağlı paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazir bir daha “Azərbaycan səfərimiz” adı ilə paylaşdığı videogörüntülərdə Bakıda bu gün keçirdiyi rəsmi görüşlərdən bəhs edərək Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentləri tərəfindən təsdiqləndiyini qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan təbii müttəfiqdir. Çavuşoğlu Ukraynadakı hadisələri narahatlıqla izlədiyini bildirərək Azərbaycan vətəndaşlarının bu ölkədən təxliyəsi üçün əməkdaşlığın davam edəcəyini önə çəkib.