Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumu zamanı dağıntılara məruz qalıb - FOTOLAR

A- A A+

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası əraziyə endirilən hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumata görə, hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib. Eyni zamanda konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: