Müdafiə Nazirliyi: Ordumuzun bölmələrinin Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə məlumatlar təxribat xarakteri daşıyır
Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin məlumatında qeyd olunub ki, ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur.