Türkiyə Prezidenti: İsrailli həmkarımın səfərinin iki ölkənin münasibətlərində dönüş nöqtəsi olacağına inanıram

A- A A+

İsrail Prezidenti İsxak Hersoq Türkiyədə rəsmi səfərdədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İsxak Hersoq Ankarada təkbətək görüşüblər.

Sonra geniş tərkibdə görüş olub.

Dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

İsrailli həmkarı ilə səmərəli müzakirələr apardıqlarını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inanır. Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən İsrail Prezidenti İsxak Hersoq deyib ki, məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin genişlənməsinin təməlini qoymaqdır. Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşılmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq.

Dövlət başçıları enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Həmçinin Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, bu, İsrail Prezidenti qismində son 14 ildə Türkiyəyə ilk gəlişdir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib. Ekspertlər hesab edirlər ki, iki gün nəzərdə tutulan səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər, tərəflər üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını ortaya qoya bilər. Türkiyə ilə İsrail arasında əməkdaşlıq üçün çoxşaxəli perspektivlər mövcuddur. Regionun iki inkişaf etmiş müasir dövlətinin faydalı münasibətləri təkcə qarşılıqlı əlaqələr baxımından deyil, bölgədə çoxtərəfli əməkdaşlıq üçün də səmərəlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: