Bayraktar Akıncı B rekorda imza atıb - VİDEO
Türkiyənin Bayraktar Akıncı hücum pilotsuz uçuş aparatının B modeli test uçuşları zamanı rekorda imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Bayraktar Akıncı B hücum PUA-sı 40 170 fut yüksəkliyə qalxaraq Türkiyə tarixinin yüksəklik rekordunu qırıb.
Xatırladaq ki, sözügedən hücum PUA-sı ilk dəfə ötən həftə səmaya qalxıb. Bayraktar Akıncı B 2x750 at gücünə, yəni toplam 1500 at gücünə malikdir.