Çanaqqala döyüşçülərinin fotoşəkilləri Xatirə Muzeyində qorunub saxlanılır - FOTOLAR
Bu gün Türk tarixinin şərəf nöqtəsi Çanaqqala zəfərinin 107-ci ildönümüdür.
Çanaqqala - Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı İmperiyası ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. Bu savaşda Türkiyənin 253 min döyüşçüsünün, 3 minə yaxın da azərbaycanlının şəhid olduğu bildirilir.