İranla imzalanan Anlaşma Memorandumu Ermənistan üçün gözlənilməz oldu - VİDEO
Bu fikirləri Naxçıvan Televiziyasının efirində yayımlanan “Tarix, həqiqətlər, faktlar” verilişində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov səsləndirib. Politoloq yeni imzalanan memorandumu Ermənistanın qeyri-konstruktiv mövqeyinə bir cavab kimi dəyərləndirib, Naxçıvan Muxtar Respublikasını Şərqi Zəngəzur iqtisadi rayonu ilə birləşdirəcək bu dəhlizi alternativ təşəbbüslərin reallığı adlandırıb.
Qeyd edək ki, "Tarix, həqiqətlər, faktlar" verilişinin təkrarını bu gün Naxçıvan Televiziyasının efirində saat 18:20- də izləyə bilərsiniz.