Ermənistan İkinci Qarabağ müharibəsindəki canlı itkisinin son sayını açıqlayıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində məhv edilən və itkin düşən hərbçilərlə bağlı məlumatları yeniləyib.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Ermənistan tərəfdən ölənlərin sayı 3 822 nəfərdir.

İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib.

Qeyd edək ki, Ermənistanın rəsmi dairələri müharibənin başladığı ilk günlərdən etibarən informasiya manipulyasiyası edərək öz itkilərini dəfələrlə az təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: