Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

A- A A+

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və danışıqlarda yaranmış hazırkı durum nəzərdən keçiriləcək.

Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə də fikir mübadiləsi aparılacaq.

FETO, PKK, İŞİD başda olmaqla terror qruplaşmalarına qarşı mübarizə də Milli Təhlükəsizlik Şurasının gündəliyində olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: