Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

A- A A+

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov telefonla Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə ediblər”, - nazirlikdən bildirilib.

Qeyd ediblər ki, tərəflər sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: