Fərrux kəndi artıq bizdədir: Xankəndi-Ağdərə yoluna nəzarət edəcəyik

A- A A+

Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altındadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Ordusu hazırda Qarabağda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Bununla da tarixi torpağımız olan Fərrux kəndi digər ərazilər kimi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Hərbi ekspertlərin fikrincə, Fərrux yüksəkliyi Qarabağda hərbi-strateji baxımdan əhəmiyyətli ərazilərdən biridir. Həmin yüksəkliyin nəzarətimizə keçməsi mühüm önəm daşıyır.

Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti tarixi qələbəsi kimi qiymətləndirilir.

Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu jurnalistlərə bildirib ki, Fərrux yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi həm Ağdam şəhəri, çay yatağı və 9-a yaxın kəndin təhlükəsizliyinin təmin edilməsi deməkdir.

"O cümlədən, Şelli, Şıxbabalı, Xoramırd, Xıdırlı, Abdal Gülablı və digər kəndlər üçün bu yüksəkliyin ermənilərdə olması böyük təhlükə idi. Orada bizim postlar olacaq. Fərrux yüksəkliyinin azad olunması ilə Ağdam şəhəri üçün təhlükə aradan qalxacaq. Gələcəkdə insanlarımız orada sərbəst şəkildə yaşaya biləcək. Daşbaşından, Fərrux yüksəkliyindən Xankəndi də görünür. Xocalı sanki ovuc içinə düşür. Eyni zamanda Xankəndi-Ağdərə yolu da Azərbaycan Ordusunun nəzarətinə düşə bilər", - deyə Qarabağ qazisi vurğulayıb.

Qeyd edək ki, ilk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. 26 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəkliyə nəzərəti yenidən bərpa etməyi bacarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: