Türkiyə və Ukrayna xarici işlər nazirləri İstanbulda keçiriləcək görüşü müzakirə ediblər

A- A A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə həmkarlar Rusiya ilə Ukrayna müzakirə heyətləri arasındakı növbəti görüşün İstanbulda keçirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, martın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılıq əldə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: