Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya-Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov deputat Mixail Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi anormal fikirləri şərh edib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o həmkarının dediyi sözlərin təhrif edildiyini düşünür.
Lakin Mironov onu da qeyd edib ki, bu, siyasətçinin şəxsi fikridir və bunun partiya və ya onun fraksiyasının mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
- Həmkarımız, fraksiyanın deputatı, parlaq iqtisadçı Mixail Delyaginin açıqlaması ilə heç də yaxşı olmayan hadisə baş verib. O, verilişlərin birində Azərbaycanın neft sənayesi ilə bağlı fikirlərini bildirdi. Onun sözlərini təhrif etdilər və tamam başqa şeylər danışmağa başladılar... Demək istəyirəm ki, Mixail Delyaginin televiziya verilişlərindən birində dediyi söz onun şəxsi fikridir, bu, bizim fraksiyamızın və partiyamızın fikri deyil, - Mironov jurnalistlərə deyib.
Deputat onu da qeyd edib ki, “Ədalətli Rusiya – Həqiqət naminə” həmişə bütün məsələlərin diplomatik yolla həllinin tərəfdarı olub.
- Azərbaycana gəlincə, bu, bizim tərəfdaşımızdır, o cümlədən MDB məkanında tərəfdaşımız sayılır... Ola bilsin ki, həmkarımız Delyaqinin həddən artıq emosional açıqlaması heç bir mənada Azərbaycan hansısa rəqib gözündə görməyimiz demək deyil. Bu, belə deyil, - Mironov qeyd edib.
Xatırladaq ki, Delyagin Rusiya telekanallarından birinin efirində Polşa və Azərbaycan tərəfindən "ehtimal olunan təhlükələrə" diqqət çəkərək Bakınını neft sənayesinə nüvə zərbələri endirməyi təklif etmişdi.
Bunun ardınca Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov siyasətçini Rusiyanın tərəfdaşları ilə bağlı emosional bəyanatlardan çəkinməyə çağırıb.