“Rusiya Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasına yardım edəcək” - Zaxarova

A- A A+

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına aktiv yardım edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın Bakı və İrəvanla daim təmasda olduğunu xatırladıb.

Zaxarova Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ regionundakı vəziyyətə də toxunub. XİN rəsmisi ölkəsinin tərəfləri üçtərəfli bəyanatlara ciddi əməl etməyə çağırdığını vurğulayıb: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: