Xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Tvitter səhifəsində paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:
“31 Mart-Azərbaycanlıların Soyqırımı Günündə soyqırımı qurbanlarını yad edir və belə qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha bildiririk”, – nazir qeyd edib.