Azərbaycan XİN İsraildəki terror aktını pisləyib

A- A A+

“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində yayılan açıqlamada bildirilib.

“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir.

Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, - XİN-dən vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: