Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib

A- A A+

Türk Dövlətləri Təşkilatı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Təşkilatın tviter səhifəsində qeyd olunub:

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarını yad edir və bir daha bildiririk ki, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almaq istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: