Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulmasını çox mühüm hadisə adlandırıb

A- A A+

Azərbaycan-İtaliya əməkdaşlığı strateji və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar sahədə əməkdaşlığı da əlavə etməliyik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

“Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir”, - deyə dövlətimizin başçısı qeyd edib.

İtalyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakını yüksək dəyərləndirən Azərbaycan Prezidenti deyib: “Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: