Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.
XİN-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.