Azərbaycan səfirliyi Lvovda fəaliyyətini davam etdirir

A- A A+

Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.

Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar bu şəhərdən Lvova köçürülüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: