Kontr-admiral "Efes-2022" təlimdə iştirak edəcək heyətin hazırlığını yoxlayıb - FOTOLAR

A- A A+

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçuların təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: