Türkiyə XİN: Bölgədə sülh və sabitliyin yaranması üçün həyata keçirilən səyləri dəstəkləyirik

A- A A+

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə işçi nahar formatında görüşü nəticəsində iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi hazırlamağa başlanması məqsədilə təlimat verilməsindən və iki ölkə arasında aprel ayının sonunadək ortaq sərhəd komissiyasının yaradılması ilə əlaqədar razılaşmanın əldə olunmasından məmnuniyyət hiss edirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin bəhs edilən mövzu ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada bildirilir ki, Türkiyə Respublikası bölgədə sülh və sabitliyin yaranması üçün həyata keçirilən səyləri dəstəkləməkdə və belə cəhdlərə fəal təsir göstərməkdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: