Ceyhun Bayramov və britaniyalı həmkarı Brüssel görüşünün nəticələrini müzakirə ediblər

A- A A+

Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın xarici işlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünün nəticələrini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: