Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub

A- A A+

Prokurorluq Tərtər rayonu ərazisində Goranboy rayonu sakininin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlunun Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, Tərtər rayonu ərazsində qoyun otaran 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Həsənqaya kəndi ərazisində minaya düşüb. O xəstəxanaya yerləşdirilib və hər iki ayağı amputasiya olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: