2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən 3 825 nəfər məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etiraf edib.
"Bugünkü gün üçün müharibədə məhv edilənlərin sayı 3 825 nəfər təşkil edib", - baş nazir deyib.
N.Paşinyan, həmçinin çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan qısa müddət ərzində sülh sazişini imzalamalıdır.
Qeyd edək ki, hərbi ekspertlər və mətbuat Ermənistanın İkinci Qarabağ müharibəsində itkilərinin daha çox olduğunu bildirirlər.