Ukrayna KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə haqqında məqalələr dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “İnterfaks-Ukrayna” informasiya agentliyinin saytında, “meblevozka.in.ua” xəbər portalında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müşavirədə ATƏT-in Minsk qrupu haqqında söylədiyi fikirlər yer alıb. Məqalələrdə dövlətimizin başçısının çıxışına istinadla qeyd olunub ki, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto etibarsız sayıla bilər.
“Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”, - deyə məqalələrdə Prezident İlham Əliyevin sitatları vurğulanıb.