“Əl Ərəbiyə” telekanalı: Azərbaycan Ermənistana sülh danışıqlarını çox uzatmamağı təklif edib

A- A A+

Ərəb dünyasının nüfuzlu telekanalı “Əl Ərəbiyə”nin saytında “Azərbaycan Ermənistana sülh danışıqlarını çox uzatmamağı təklif edib və özünün sərt şərtlərini bildirib” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqindən əsas məqamların yer aldığı məqalədə dövlətimizin başçısının Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etdiyi barədə fikirləri vurğulanıb. Agentliklərin xəbərlərinə istinadla qeyd olunub ki, Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanması üçün Ermənistanın bunu rəsmən elan etməsi və Azərbaycana qarşı hər hansı ərazi iddialarından əl çəkməsi şərtlərini irəli sürüb. Eyni zamanda, dövlətimizin başçısı Ermənistanda hərdən baş qaldıran revanşist qüvvələrə xəbərdarlıq edərək söyləyib ki, bu, ermənilərin son şansıdır və onların bundan imtina edəcəyi təqdirdə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar səsləndirdiyi ziddiyyətli bəyanatlar, regionda yaranmış yeni reallıq barədə də məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: