MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edir

A- A A+

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

"Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: