Gürcüstanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

A- A A+

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün Azərbaycana rəsmi səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində İ.Darçiaşvili Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: