Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar Azərbaycan vətəndaşlarına müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, vətəndaşları mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştiraka dəvət edib.
“Bu il qardaş ölkə Azərbaycanda 5-ci dəfə keçirəcəyimiz "TEKNOFEST"ə 1 ay qalıb. Bu möhtəşəm festivalda hamınızı gözləyirəm. Bakı Kristal Sarayında görüşənə qədər", - deyə o qeyd edib.