Azərbaycanlı deputat Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinə üzv təyin olunub
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində qurumun komitə iclasları keçirilib. AŞPA-nın Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin iclasında komitənin yeni üzvlərinin təyin olunmasına baxılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın (AŞPA) nümayəndə heyətinin üzvü Erkin Qədirli qurumun Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinə üzv seçilib.
Qeyd edək ki, Erkin Qədirlinin namizədliyi AŞPA-nın Avropa Mühafizəkarlar fraksiyası tərəfindən irəli sürülüb.