Türkiyə Prezidenti dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib - VİDEO

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mübarək Ramazan bayramı münasibətilə dünya müsəlmanlarına videotəbrik ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı videomüraciətində bayramın ölkəsinə, xalqına, İslam dünyasına və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq gətirməsini arzulayıb: “Ramazan bayramının milliyətindən, dinindən və əqidəsindən asılı olmayaraq, 85 milyon insanın qucaqlaşdığı və halallaşdığı böyük qardaşlıq bayramına çevrilməsini arzulayıram. Buna nail olub aramızdakı dostluğu, qardaşlığı gücləndirdiyimiz zaman, Allahın izni ilə, həll edə bilmədiyimiz heç bir çətinlik qalmayacaq”.

Bu bayram günündə başda “Pəncə-Kilid” əməliyyatı olmaqla ölkə daxilində və xaricində Vətənin keşiyində duran təhlükəsizlik qüvvələrinin bütün əməkdaşlarına minnətdarlığını çatdıran Prezident Ərdoğan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: