Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Bütün vətəndaşlarımızın və azərbaycanlı qardaşlarımızın Ramazan bayramını təbrik edir, bayramın hamıya sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini diləyirik”, - tvitdə qeyd olunub.