Mayın 7-dən 13-dək İtaliyanın paytaxtı Roma şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı Rafael Hüseynov təmsil edəcək.
İclasda mədəniyyətlərarası dialoqun inkişafı, mədəni irsin qorunması, iqlim dəyişikliyi, media və informasiya sahəsində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparılacaq.