İran parlamentinin sədri Azərbaycana səfər edəcək

A- A A+

İran İslam Şurası Məclisinin (parlamentin) sədri Məhəmməd Qalibaf Azərbaycana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi İran parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Məhəmməd Qalibaf İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Parlament Assambleyasının mayın 17-18-də Bakıda keçiriləcək 3-cü illik iclasında iştirak edəcək.

“Postpandemiya dövründə əməkdaşlıq əlaqələri: Qarşıda duran çağırışlar və imkanlar” mövzusunda keçiriləcək iclasdan sonra İran parlamentinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: