Rusiya XİN Avropa ölkələrindəki səfirliklərin bağlanmasına münasibət bildirib

A- A A+

Moskva Avropa ölkələrindəki səfirlikləri bağlamaq fikrində deyil.

NUHÇIXAN İnformasiya Agentliyi "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.

“Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.

Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: