Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası əks olunub - VİDEO

A- A A+

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləş-mob keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləş-mob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub.

Fləş-mob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.

"Şuşanın inkişafı ulu öndərin adı ilə sıx bağlıdır. Belə ki, Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox taleyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir", - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin paylaşımında bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: