Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: