İsrail səfiri ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibətilə paylaşım edib - FOTOLAR
İsrail ölkələrimiz arasında dostluq və strateji münasibətlərin qurulmasında Heydər Əliyevin vacib rolunu xatırlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də bildirib.
“Azərbaycanın mərhum prezidenti və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd edərkən İsrail Heydər Əliyevin ölkələrimiz arasında dostluq və strateji münasibətlərin qurulmasında mühüm rolunu xatırlayır”, - diplomat qeyd edib.