Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb

204

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə xarıbülbül çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.

Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarıbülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Covdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: