Rusiya İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə barışmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, NATO-ya daxil olmaqla İsveç və Finlandiyanın təhlükəsizliyi möhkəmlənməyəcək. NATO-nun genişlənməsindən sonra Rusiyanın öz təhlükəsizliyini necə təmin edəcəyi isə ayrı məsələdir.
“Bizim bununla barışacağımıza heç bir illüziya olmamalıdır. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq, vəziyyəti əvvəlcədən görmək getdikcə çətinləşəcək”, - deyə nazir müavini bildirib.