Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

A- A A+

Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan parlamenti nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyətini Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: