Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib

A- A A+

Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Respublikasının Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: