Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarışı davam edir

A- A A+

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hava şəraiti əlverişsiz olsa da, yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarışlar aparılır. Hələlik axtarışlar nəticəsizdir”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, bu il martın 5-də Laçın rayonu ərazisində Azərbaycan Ordusunun əsgərləri -Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: