ABŞ Ermənistanla Azərbaycan arasında dialoqu alqışlayır

205

Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında dialoqu alqışlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu dialoq çərçivəsində Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyinin inkişafına tərəfdardır. N.Prays deyib: “Biz tərəfləri təkidlə bu dialoqu davam etdirməyə və mövcud olan birbaşa qarşılıqlı fəaliyyət mexanizmlərindən istifadə etməyə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həll edilməmiş bütün məsələlərin hərtərəfli həllinin tapılmasında göstərilən səyləri, diplomatik qarşılıqlı fəaliyyəti aktivləşdirməyə çağırırıq”. O, münaqişə tərəflərini sülh sazişi bağlanması yolu ilə öz münasibətlərini normallaşdırmağa çağırıb. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ bu prosesi dəstəkləməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: